Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanları təhqir edən senatorun başında yumurta qırdılar – VİDEO

Avstraliya baş naziri senatorun sözlərini “iyrənc” adlandırıb.

Avstraliyalı yeniyetmə Yeni Zelandiyada məsciddə baş verən terrorda müsəlmanları günahkar bilən senator Freyzer Enninqin başında yumurta qırıb.

Din.az xəbər verir ki, senatora hücum videosunu jurnalist Brayan Taler Koen tvitter hesabında paylaşıb.

Videodan da göründüyü kimi yeniyetmənin hərəkətinə cavab olaraq siyasətçi onun üzünə yumruq atıb, daha sonra qarşıdurma yaranıb.

Qeyd edək ki, daha əvvəl senator Enninq bildirmişdi ki, Yeni Zelandiyada 50-yə yaxın insanın ölümünə fanatik-müsəlmanlara ölkəyə yerləşmək izni verən immiqrasiya proqramı səbəb olub. Bir müddət sonra senatorun həmin bəyanatı ona məxsus sosial şəbəkələrdən silinsə də, bu açıqlama internetdə yayılır. Avstraliya baş naziri Skott Morrison senatorun sözlərini “iyrənc” adlandırıb.

https://daytube.az/az/videos/81073/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...