Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanların borcu silindi – Bolqarıstan qarışdı

Müsəlmanların baş müftiliyinin 8 milyon leva vergi borcu silindi.

Bolqarıstan parlamentinin bu ölkənin müsəlmanlarının baş müftiliyinin 4 milyon vergi borcunun silinməsi haqda qərar çıxarması ölkədə ciddi etirazla qarşılanıb.

Din.az xəbər verir ki, 1,5 milyon müsəlmanın yaşadığı Bolqarıstan parlamenti bu qərarı ötən həftənin cümə günü verib.

Dinlər haqqında qərara dəyişiklik edən parlament müsəlmanların baş müftiliyinin 8 milyon leva vergi borcunu silib.

Bu qərar GERB və üzvlərinin çoxunu türklərin təşkil etdiyi Haqq və Azadlıq Hərəkatının parlamentdəki üzvlərinin səsi ilə qəbul edilib. Bildirilir ki, qərarın qətiliyi üçün parlament onu bir daha səsverməyə çıxaracaq.

Ancaq Bolqar Sosialist Partiyası başda olmaqla müxalifət qurumları bu qərarı kəskin tənqid edirlər. Hətta müsəlmanlarla bağlı uyğun olmayan şüarlar da səsləndirilir.

Bolqarıstan Baş naziri Boyko Borisov Bolqar Ortodoks kilsəsi rəhbəri Neofit ilə müsəlmanların baş müftisi Mustafa Alış Hacını qəbul edib. Onlarla müzakirə aparan baş nazir müsəlmanlarla bağlı qərara etiraz edən müxalifətə bu şəkildə reaksiya verib. / Teleqraf.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...