Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanların evlərini yandırıb dağıtdılar

Arakanlı müsəlmanlar ədalət tələb edir…

Myanmarda insan hüquqları təşkilatı ölkədəki müsəlmanlara aid yaşayış evlərinin yandırılıb dağıdılması ilə bağlı araşdırma aparılmasını tələb etdi.

“Din.az” xəbər verir ki, Kaçın Əyaləti, Mandalyan və Yangon bölgəsindən olan 19 qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan məlumatda Myanmar hökumətinə, müsəlmanlara aid evlərə zərər verənləri tapmaları üçün müraciət ediblər.

Fəal Khon Ja “səlahiyyətli şəxslərin təqsirkarların tərəfsiz bir şəkildə araşdırılmasını və cəzalarının verilməsinə ümid edirik” deyib.

Bu kimi hadisələrin yaşanmasını bir daha istəmədiklərini söyləyən Ja, “Myanmarda cəzasızlıq mədəniyyəti sona çatmalıdır” ifadəsini işlədib.

Məscidi yandırdılar…

Bundan əvvəl bir qrup radikal millətçi buddist ölkənin şimalında yerləşən Kaçın əyalətində bir məscidi yandırmışdı.

Hələ də şəxsiyyəti məlum olmayan bu qrup 23 iyunda Myanmarın mərkəzində yerləşən Bacu bölgəsinin Saysamin kəndində məscidə hücum edərək məkanı istifadəsiz hala gətirmişdilər. Lakin hücumu həyata keçirənlərlə bağlı kimsə nəzarət altına alınmamışdı.

2012-ci ildə qətliam etdilər…

Ölkənin qərbindəki Arakan əyalətində 2012-ci ildə meydana gələn dəhşətli hadisələr, Rahingyaların dramı gözlər önünə sərilmişdi. Buddislərin həyata keçirdiyi hücumlar zamanı çoxlu sayda müsəlman həyata gözlərini yummuş, yüzlərlə ev və iş yeri yandırılmış, baş verən hadisələrdən dolayı minlərlə insan bölgəni tərk etmək məcburiyyətində qalmışdı.

Myanmarda 1982-ci ildə qəbul edilən qanunla vətəndaşlıq hüquqlarını itirən arakanlı müsəlmanlar “dözlətsiz” sayılır. BMT tərəfindən “əziyyət görən dini azlıq” olaraq qəbul edilən arakanlı müsəlmanlar həm təcavüz hallarına, həm də qanuni, iqtisadi və ictimai ayrı-seçkiliyə məruz qalır.

BMT-yə görə  yaşadıqları zülüm səbəbi ilə təqribən 130 min arakanlı müsəlman Myanmardan qaçıb.

MÜZAKİRƏ

1 şərh Müsəlmanların evlərini yandırıb dağıtdılar üçün

  1. ramazan dedi:

    izzet isteyenler bilsin ki butun izzet ALLAHa mexsusdur.ALLAHin kitabina ve peyqenberin sunnesine donmedikce biz zelilik.sozun tam menasi ile.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...