Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanların izlənilməsinə icazə verildi

Xüsusi xidmət orqanları ölkədəki bütün məscidləri, halal restoranları və müsəlman təşkilatlarını nəzarətdə saxlayırlar

Yaponiya Ali Məhkəməsi müsəlmanların izlənilməsinə izn verib

“Din.az” xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb.

Qeyd edək ki, Yaponiyada müsəlmanların izlənilməsi faktı 2010-cu ildə ortaya çıxıb. Həmin vaxt xüsusi xidmət orqanları ölkədəki bütün məscidləri, halal restoranları və müsəlman təşkilatlarını nəzarətdə saxlayıblar. Sonradan ölkədəki müsəlmanlar hökuməti məhkəməyə versələr də, uğur əldə edə bilməyiblər. Məhkəmə iddiaçılara 880 min dollar kompensasiya verilməsi, amma izləmələrin bundan sonra da davam etdirilməsi haqqında qərar qəbul edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...