Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanların Peyğəmbər məscidinə girişinə qadağa qoyuldu – İsraildən növbəti irqçi qərar…

Fələstin müsəlmanlarının hüquqları yəhudilərin “Yom Kipur” bayramıyla əlaqədar pozulur.

Fələstinin işğal olunmuş İordan çayının Qərb sahili ərazisində yerləşən Xevron(Əl-Xəlil) şəhərindəki İbrahim peyğəmbər məscidinə (“Əl-Haram Əl-İbrahimi”) qeyri-yəhudilərin girişinə qadağa qoyulub.

Din.az bildirir ki, bu haqda “Anadolu” agentliyi xəbər yayıb. İsrail hakimiyyəti tərəfindən qoyulmuş qadağa avqustun 8-i saat 22.00-də qüvvəyə minib və bir sutka davam edəcək.

Bu dəfə Fələstin müsəlmanlarının hüquqları yəhudilərin “Yom Kipur” bayramıyla əlaqədar pozulur. Məbəddə azan səslənməsi də qadağan edilib.

Fələstinin Diyanət və Vəqflərlə İş üzrə naziri Yusuf Ədis beynəlxalq təşkilatları, o cümlədən YUNESKO-nu Fələstin xalqının mədəni və tarixi irsinin qorunması ilə öz öhdəliklərini yerinə yetirməyə çağırıb.

Xatırladılır ki, 30 il öncə İsrail İbrahim məscidinə nəzarəti ələ keçirərək onu yəhudi və müsəlmanlar üçün olmaqla iki hissəyə bölüb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...