Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlmanların tarixi dəyişdirən İCADLARI

Müsəlmanların dünyanı dəyişdirən icadları …

İngiltərənin qabaqcıl qəzetlərindəm olan “The İndependent” müsəlman alimlərin Avropanı və dünyanı necə dəyişdirdiyindən bəhs edən bir siyahı hazırlayıb.

Din.az Metbuat.az-a istinadən müsəlmanların dünyanı dəyişdirən icadlarını təqdim edir:

Göz– Antik Yunanıstanda gözümüzdən şüaların çıxdığını və bu sayədə görə görə bildiyimiz düşünülürdü. Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması nəticəsində dünyanı gördüyünü kəşf edən 10-cu əsrdə yaşamış bir müsəlman alim olan İbn Xəytam idi. Qaranlıq otağı və işıq oyunları ilə görüntü əldə etməyi ilk olaraq İbn Xətyam kəşf etmişdi.

Şahmat– Şahmatın bu gün oynanılan forması ilk dəfə İranda yaradılıb və buradan da qərbə yayılıb. 10-cu əsrdə ispanlar əməvilər vasitəsilə şahmatla tanış olub.

Sabun– xaç yürüyüşləri zamanı xristian əsgərləri görən müsəlmanları dəhşətə düşürən şey onların döyüşkən olmağı deyil, avropalıların çox nadir duş qəbul etdikləri və bədənlərindən çox pis qoxunun gəlməsi idi.

Geyim– geyimlərin qumaşı və astarının arasına dolğu materialından istifadə edilməsi də Orta Şərqin icadlarından biri idi.

Qəhvə– rəvayətə görə cənubi Etiopiyanın Qaffa bölgəsində ərəb bir çoban olan Xalid qoyunlarının bir bitkini yedikdən sonra canlandığını görüb. Xalid bu bitkidən toplayıb və qaynadaraq içib.

İlk olaraq gecələri oyaq qalıb, işləmək və ya dua etmək istəyən Sufi alimlər tərəfindən istifadə edildiyi güman edilən qəhvə yalnız 1645-ci ildə Venesiyaya çatıb. İngiltərənin paytaxtı Londonda isə ilk qəhvəxananı isə bir türk olub.

Külək dəyirmanı– külək dəyirmanı ilk olaraq İranda kəşf edilmiş və ərəb ölkələrinə də gətirilmişdir. Avropada ilk külək dəyirmanı bundan tam 500 il sonra istifadə edilməyə başlamışdır.

Peyvənd– ilk peyvənd də İslam dünyasında yaradılıb. Çiçək peyvəndinin Avropada istifadə edilməsindən 50 il əvvəl Osmanlıdakı uşaqlar çiçək xəstəliyinə qarşı peyvənd olunurdu.

Xalça– xalça da müsəlmanlar tərəfindən Avropaya daşınıb. Xalça toxuma texnikasının çox hissəsi Avropalılar tərəfindən müsəlmanlardan alınıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...