Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Müsəlmanların və xristianların gözlədikləri kimdir?

Quranda İsa peyğəmbərin vəfat etdirildiyi açıq-aşkar bildirilir

Quranda olmamasına baxmayaraq uydurma yollarla sonuncu Peyğəmbərimizə nisbət edilən çox sayda «qiyamət əlamətləri» və kəhanəti var. Təəssüflər olsun ki, bunların əksəriyyəti səhih/etibarlı qəbul edilən hədis kitablarında da qeyd edilib.

Müsəlmanlar dini məsələlərdə Peyğəmbərə tabe olmaq, dini hökm çıxarmaq istəyirlərsə, Qurana tabe olmalıdırlar. Çünki Muhəmməd peyğəmbərə Quranı təbliğ etmək və Qurana uyğun olaraq yaşamaq əmr olunub.

Quran sonuncu Peyğəmbərimizin də qiyamətin nə vaxt qopacağını bilmədiyini bildirdiyi halda, bu mövzuda uydurulan hədislər yolu ilə Peyğəmbərə çoxlu yalanlar istinad edilib. Qiyamət hadisəsi haqqında Quranda olmayan çoxlu yalanlar uydurulub. “Nüzulu-İsa” məsələsi, yəni İsa peyğəmbərin təkrar dünyaya gələcəyi inamı ilə Dəccal və Mehdi intizarı kimi məşhur “əlamətlər”in heç biri Quranda yoxdur.

Qurana görə, İsa peyğəmbər Allah tərəfindən vəfat etdirilib. Vəfat edən şəxsin yenidən dünyaya qayıtması isə mümkün deyil. Çünki Quranda heç bir insana ölümsüzlük verilmədiyi açıq-aşkar bildirilir:

“Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?” (“Ənbiya” surəsi, 21/34).

“Biz onları (elçiləri) yemək yeməyən bir vücud olaraq yaratmadıq. Onlar əbədi də deyillər” (“Ənbiya” surəsi, 21/8).

isaBundan başqa, Quranda Muhəmməd peyğəmbərin nəbilərin sonuncusu olduğu da xəbər verilir:

Muhəmməd aranızadkı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (“Əhzab” surəsi, 33/40).

Əgər iddia edildiyi kimi İsa əleyhissalam peyğəmbər kimi gəlməyəcəksə, nə adla gələcək? Əgər peyğəmbər kimi gəlməyəcəksə, demək ki, peyğəmbərlik rütbəsi əlindən alınan sadə bir insan olaraq gələcək. Bu cür vəziyyət isə peyğəmbərlik anlayışına ziddir.

İsa peyğəmbər də digər peyğəmbərlər və keçmişdəki başqa insanlar kimi ölüb. «İsa peyğəmbər gələcək, amma başqa şəriətlə deyil, Quranla hökm verəcək» deyilir. Bundan başqa, hədislərdə «İsa donuzu öldürəcək, xaçı qıracaq» kimi ifadələr də öz əksini tapıb. Xatırladaq ki, bütün bunların heç biri Quranda yoxdur.

Əksinə Quranda İsa peyğəmbərin vəfat etdirildiyi açıq-aşkar bildirilir:

«Allah dedi: Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf ucaldacağam. Səni inkar edənlərdən uzaqlaşdırıb təmizləyəcəyəm. Və sənə tabe olanları inkar edənlərin üstündə tutacağam. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm“» («Ali-İmran» surəsi, 3/55).

“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha qulluq edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni vəfat etdirəndən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən” («Maidə» surəsi, 5/117).

“(İsa) Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” («Məryəm» surəsi, 19/33)

Emre DORMAN

MÜZAKİRƏ

1 şərh Müsəlmanların və xristianların gözlədikləri kimdir? üçün

  1. ramazan dedi:

    dogrusu Allah bilir

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...