Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Mütəxəssislər həyəcan təbili çalır: “Marşrutlarda yaşlılara yer verməyin!”

Yaşlılar gündə 10 dəqiqə yeriməli, liftə minmək yerinə pilləkənlərlə qalxmalıdırlar.

İctimai nəqliyyatda yaşlılara yer vermənin yaxşı bir şey olduğunu düşünə bilərsiniz amma mütəxəssislər bunun düşündüyünüz qədər doğru bir şey olmadığını deyir.

Din.az A24.Az-a istinadən xəbər verir ki, Oxford Universitetinin professoru yaşlı insanların oturmaq yerinə, ayaq üstə durmağının sağlamlıqları üçün əhəmiyyətli olduğunu deyib.

Mütəxəssis Sir Muir Qrey deyir ki, yaşlılar gündə 10 dəqiqə yeriməli, liftə minmək yerinə pilləkənlərlə qalxmalıdırlarr.

“Yaşlandıqca hərəkətsizliyi deyil, aktivliyi seçməliyik. Ailənizin yaşlılarını, liftə minməyə deyil, pilləkənlə qalxmağa məcbur edin. Metro və avtobuslarda yaşlılara yer verərkən iki dəfə düşünün. Ayaq üstə durmaq onlar üşün faydalıdır”- deyə mütəxəssis vurğulayıb.

“The British Medical Journal”da dərc edilən bir məqalədə, yaşlı insanları hərəkətliliyə sövq etmənin, onların gələcəkdə heç kəsə ehtiyac duymadan yaşamalarına faydalı olacağı bildirilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...