Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Myanma hökuməti müsəlmanlara köməkdən imtina edir

Myanma hökuməti müsəlmanlara yardım göstərməsindən imtina edib.

Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rohinqya ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.

Din.az-ın “A24.az”-a istinadən verdiyi xəbərə görə, Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir.

BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: “BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir”.

Myanma hökuməti Rohingyadan fərqli olaraq digər ştatlara yardıma icazə verir.

Qeyd edək ki, YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...