Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Myanma hökuməti müsəlmanları sıxışdırır

Myanmada müsəlmanlara qarşı təcridetmə siaysəti həyata keçirilir.

Arakan üçün 10 yanvarda Malayziyadan yola salınacaq humanitar yardım gəmisinə Myanma hökuməti icazə vermir.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rohinqya (Arakan) müsəlmanları üçün qida və təcili yardım maddələri aparan gəmi yanvar ayında Myanmanın Rakine əyalətinə yola düşməyə hazırlaşır.

rohingya

İslam Təşkilatlarının Malayziya üzrə Məşvərət Şurasının sədri Zulhanis Zaynol verdiyi açıqlamada, cümə günü gəminin Kuala Lumpur səfiri vasitəsilə Myanmaya daxil olmaq üçün icazə istədiklərini, lakin hələ müsbət cavab almadıqlarını bildirib.

Zaynol deyib: “Bu barədə cavab almasaq da bunun çox mühüm humanitar missiya olduğuna inandığımıza görə yelkən açmağa davam edəcəyik”.

Myanma hökuməti isə deyir: “Bizdən icazə almadan heç kim sularımıza daxil ola bilməz. Kim bu qaydanı pozsa, onlara sərt cavab verəcəyik”.

Myanmanın rəsmisi belə bir müraciətin onlara daxil olmasını təkzib edərək əvvəlcədən icazə almadan heç bir gəminin onların sularına daxil olmayacağını qeyd edib. Hökumət yardım gəmisinin qarşıdurmalara səbəb olacağından ehtiyat etdiyini bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...