Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanma naziri: “Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar”

Myanma hökuməti ölkə daxilində bütün icmaların sabitliyi və inkişafı üçün dayanıqlı həll yolları tapmağa sadiqdir.

“Myanma çoxdinli bir ölkədir. Myanmada bir çox xalqlar, o cümlədən müsəlmanlar harmoniya şəklində yaşayırlar”.

Din.az APA-ya istinadən bildirir ki, bunu bu gün Myanmanın beynəlxalq əməkdaşlıq üzrə birlik naziri Kyav Tin Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Nazir deyib ki, Myanma hökuməti ölkə daxilində bütün icmaların sabitliyi və inkişafı üçün dayanıqlı həll yolları tapmağa sadiqdir: “Myanma hökuməti insanların rifahının yüksəldilməsi üçün üzərinə düşən bütün addımları atır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...