Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Myanma polisi məscidlərə basqın edir

Myanma hökumətində hər cür zülmə məruz qalan Arakanlı müsəlmanlara qarşı təzyiqlər davam edir

Myanma hökumətinin təhlükəsizlik qüvvələri, müxtəlif intriqalarla ev və məscidlərə basqınlar edərək müsəlman xalqda qorxu yaratmağa çalışır.

“Din.az” xəbər verir ki, Myanma polisi, Manqadu şəhərinin cənubunda yerləşən Vashafaru məhəlləsindəki bəzi məscidlərə basqınlar edib. Polislərin camaata zərər verdikləri və namaz qılanlara hücum etdikləri də verilən məlumatlat arasında yer alır. Polisin Arakanlı müsəlmanları həbs edilməsi və həbsə atılması ilə təhdid etdiyi, sel hadisələrindən zərər görən məscidlərin və tualetlərin bərpa edilməsini cinayət olaraq yarım milyon Myanma kyatası miqdarında pul cəzasının ödənməsini bildirib.

Müsəlmanların təhsil haqqı məhdudlaşdırılır…

Müsəlman xalqa yaşama haqqı tanımayan Myanma hökuməti dövlət məktəblərində Arakanlı tələbələrdən təhsil almaları üçün ödəniş tələb edir.

Arakanlılar, uşaqlarının məktəbə davam edə bilməsi və ya qeydiyyatdan keçə bilmələri üçün dövlət məktəblərinin həddən artıq təhsil haqqı istəməsindən şikayətlənir.

Əslində bunun qanunlara zidd olduğu, hökumət tərəfindən qoyulmuş bu təhsil xərcinin iqtisadi tərəfdən Arakanlıların çiyinlərinə atılan ağır bir yük olduğu bildirilir.

Bundan başqa, Burma hökumətinin 2012-ci ildə yaşanan hadisələrdən sonra Arakanlı müsəlmanlara aid İslam məktəblərini bağlatması da diqqət çəkən məqamlardandır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...