Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Myanmada 2 mindən çox müsəlmanın evi yandırıldı

Myanma müsəlmanları tarixlərində ən qanlı mərhələni yaşayırlar.

Asiyanın cənub-şərqində yerləşən Myanmada son həftələr ərzində etnik azlıqların – müsəlmanların 2600-dan çox evi yandırılıb.
Din.az Publika.az-a istinadən bildirir ki, bu barədə “Reuters” ölkənin hakimiyyət orqanlarına istinadən xəbər verib.
Agentliyin məlumatında bildirilir ki, bu, son on illik ərzində Myanma müsəlmanlarının tarixində ən qanlı mərhələlərdən biridir.
BMT-nin Qaçqınların İşi Üzrə Agentliyi isə xəbər verir ki, 58 mindən çox müsəlman (roxinca) Myanmanı tərk edərək Banqladeşə köçüb.
Hakimiyyət orqanları evlərin yandırılmasına görə yerli islamçı qruplaşmanı ittiham edib. Lakin etnik müsəlmanların özləri təsdiqləyirlər ki, evlərin yandırılması Myanmanın hakimiyyət orqanlarının onları doğma yerlərini tərk etmələrini məcbur etmək cəhdidir.
Roxincalar Myanmanın Rakxayn (Arakan) ştatında yaşayan və İslama sitayiş edən etnik qrupdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...