Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanmada buddistlər hökumət binasına hücum etdi – ÖLƏNLƏR VAR

Myanmada vəziyyət gərgin olaraq qalır.

Myanmanın qəribində yerləşən Rakhine əyalətinə polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ötən gecə polislər hökumət binasını ələ keçirməyə çalışan buddistlərə atəş açıb. Etirazçılar xəbərdarlıqlara məhəl qoymayıblar. Hadisə nəticəsində 33 nəfər yaralanıb.

Xəsarət alanlardan 20-si polis əməkdaşıdır.

Nümayişdə minlərlə adamın iştirak etdiyi bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...