Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

MYANMADA DƏHŞƏTLİ SOYQIRIM DAVAM EDİR – MÜSƏLMANLARI DİRİ-DİRİ YANDIRIRLAR – FOTO

3 min müsəlmanın vəhşicəsinə qətlə yetirilməsi dünya mediasının diqqət mərkəzindədir.

Myanmada müsəlmanlara qarşı əsrin ən dəhşətli soyqırımı həyata keçirilir.

Din.az-ın bidirdiyinə görə artıq bir neçə gündür ki, dünya KİV-ləri bu ölkədə 3 min müsəlmanın vəhşicəsinə qətlə yetirilməsindən yazır. Son məlumatlara görə, 80 minə yaxın müsəlman ordunun və buddistlərin şiddət və amansız təzyiqlərdən canlarını qurtarmaq üçün Banqladeşə qaçıb. Yüzlərlə insan isə sərhəddə ac-susuz qalıb.

“The Independent” xəbər verir ki, Myanmada körpələrin başları kəsilərək qətlə yetirilir. Hətta onların diri-diri yandırıldığı bildirilir. Təəssüf ki, dünya gücləri müsəlmanların üzləşdiyi soyqırıma hələ də biganə yanaşır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...