Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Myanmada müsəlmanlara qarşı təqiblər davam edir

Müsəlmanlara qarşı insan haqlarına zidd olan pozuntulara yol verilir.

Avropa Birliyi Myanma ordusu və təhlükəsizlik qüvvələri tərəfindən törədilən insan haqlarına zidd hər cür cinayət əməlini pisləyib.

Din.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı açıqlamasında bildirib ki, Myanmanın Arakan əyalətində müsəlmanlara qarşı insan haqlarına zidd olan pozuntulara yol verilir. Aİ Myanma hökümətindən qaldığı yeri tərk etməyə məcbur olan müsəlmanların ölkələrinə təhlükəsiz qayıtması üçün təhlükəsiz şəraitin yaradılmasını istəyib.

Aİ şurasının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxışı zamanı qeyd edib ki, dərhal qanunlara zidd hərəkət edən hərbi rəsmilərə qarşı məhdudlaşdırıcı tədbirlər genişləndirilməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...