Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MYANMADA ŞƏHİD MƏZARLIĞIMIZ VAR – ƏRDOĞAN

“Məzlum bir toplumla qarşı-qarşıyayıq”.

Bəzən qəzetlərdə, televiziyada, sosial şəbəkələrdə “Arakanın bizimlə nə əlaqəsi var, bu işə niyə qarışırıq” deyənləri görürəm. Bu ifadələri dilə gətirənlər öz tarixlərini bilmir, əcdadlarını tanımır. Onlar bizim Myanmada şəhid məzarlığımızın olduğunu belə bilmirlər. Bəli, Arakan bizə coğrafi olaraq uzaq ola bilər, amma Pakistan, Hindistan kimi ora da könül dünyamızın sərhədləri içindədir.

Din.az bildiirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin bayramlaşma mərasimində çıxışında deyib.

“Məzlum bir toplumla qarşı-qarşıyayıq. Bu qətliamlara İslam dünyası reaksiya vermədiyi üçün bizim səylərimiz yetərli olmur”, – Ərdoğan bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...