Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanmada toqquşmalar zamanı 13 polis əməkdaşı öldürülüb, yaralılar var

İslamçı hərəkatın silahlıları ilə toqquşmalar baş verib.

Myanmada “Arakan ordusu” islamçı hərəkatın silahlıları ilə toqquşmalarda azı 13 polis əməkdaşı həlak olub, daha 9 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, toqquşmalar Rakhayn ştatında baş verib. Ölkənin Rabitə Nazirliyinin məlumatına görə, ayrı-ayrı qəsəbələrin polis postlarına 150-ə yaxın silahlı hücum edib.

Sakinlər hücumla əlaqədar öz evlərini tərk ediblər. Hazırda onların axtarışı həyata keçirilir.

Daha əvvəl məlum olub ki, Myanmanın Arakan vilayətindəki zorakılıqlardan yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...