Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 73 minə çatıb

Müsəlmanlar ordu və buddist millətçilərin hücumuna məruz qalırlar.

Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 73 minə çatıb.

Din.az Report.aza istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

Qurumun Banqladeşdəki nümayəndəsi Vivian Tanın sözlərinə görə, bu rəqəm müsəlmanlara hücumların başladığı 25 avqust tarixindən bu yana hesablanıb.

Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.

Hazırda Arakandan qaçan on minlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.

Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...