Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Myanmadan şok qərar: BMT-yə qadağa qoyuldu

Buddist rahiblər bölgədə yaşayan müsəlman əhaliyə qarşı soyqırım siyasəti yürüdürlər.

Myanma hökuməti BMT-nin Arakan ştatındakı mindən çox müsəlmana göndərdiyi humanitar yardımları qadağan edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

“BMT-nin ofisi yerli əhalini humanitar yardımlarla təmin etmək üçün sözügedən vilayətlə daim əlaqədədir. YUNİSEF əməkdaşları və BMT Fondu ştatın şimalında yerli əhali ilə bir həftədən çoxdur ki, iş apara bilmir. Ölkə rəhbərliyi beynəlxalq humanitar yardım qurumlarının nümayəndələrinə viza verməkdən də imtina edib”, – məlumatda deyilib.

Qeyd edək ki, bir neçə gündür ordu qüvvələri və buddist rahiblər sözügedən bölgədə yaşayan müsəlman əhaliyə qarşı soyqırım siyasəti yürüdür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...