Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Myanmanı zorakılıqlarla əlaqədar tərk edən müsəlmanların sayı 90 minə çatıb

Ölkədə minlərlə müsəlmanın evi yandırılıb.

Myanmanın qərbindəki Rakhayn ştatında son on gündə davam edən münaqişə səəbəbindən ölkəni tərk edən qaçqınların sayı 90 min nəfərə çatıb.

Din.az Report.az-a istinadən bildirir ki, bu barədə “Reuters” sərhəd zonasında olan BMT müşahidəçilərinə istinadən xəbər verib.

Şahidlərin sözlərinə görə, bəzi qaçqınlar odlu silahlardan açılan atəşlə yaralanıblar.

Qeyd edək ki, ölkədə minlərlə müsəlmanın evi yandırılıb. Qaçqınların böyük qismi Banqladeşə üz tutub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...