Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Myanmarda müsəlman ata-oğul ölkədən qovuldu

Share Button

Myanmarda müsəlmanlara qarşı zülm davam edir…

Myanmarda yerləşən məscidlərdən birində natiqlik edən pakistanlı müsəlman ata və oğul üçün ölkədən çıxarılma qərarı verilib.

“Din.az” xəbər evrir ki, Myanmar İslami Dini İşlər Şurasının baş katibi Tin Maung Than verdiyi açıqlamada, ötən həftəni nəzarət altında keçirən ata və oğulun 85 dollar pul cəzalarını ödədikdən sonra polisin müşayəti ilə qaldıqları otelə getdiklərini, lakin axşama qədər ölkəni tərk etmələri istənildiyini söyləyib.

Than, Yangon şəhərindəki məscidləri ziyarət edən 63 yaşlı Amed Zülfikar və oğlu 29 yaşlı Amed Seyfullah ilə bağlı olaraq “Məsciddə sülh və din haqqında danışdılar, cəza alıb ölkədən çıxarıldılar. Utancvericidir. Onlar müsəlmandır. Bu səbəbdən də məscidləri ziyarət edirdilər. Myanmar müsəlmanları ilə birlikdə namaz qıldılar və tələb olunduğu üçün nitq söylədilər” deyib.

Din İşləri və Mədəniyyət Nazirliyindən olan səlahiyyətli bir şəxsin Şuradan ata-oğulun məscidləri ziyarət etməsinə mane olunmasını istədiyini bildirən Than, ölkədə nitq söyləmək üçün hər hansı bir rəsmi icazəyə ehtiyac olmadığını qeyd edib. Bunun müsəlmanların haqqı olduğuna diqqə çəkən Than tələbi təzyiq olaraq qiymətləndirib.

Xatırladaq ki, Myanmarda iyun ayında radikal buddistlər ölkənin cənubunda yerləşən Bago bölgəsində müsəlmanlara aid bir məscidi, məktəbi və tikilmək üzrə olan bir binanı məhv etmiş, ölkənin şimalındakı bir məscidi isə yandırmışdılar. Hücumların, Myanmarın Arakan əyalətində 2012-ci ildə Buddistlərlə müsəlmanlar arasında yaşanan dramatik hadisələri yenidən alovlandıracağı narahatlığı ortaya çıxıb.

Bundan başqa ölkənin qərbindəki Arakan əyalətində 2012-ci ildə buddistlər ilə müsəlmanlar arasında yaşanan qarşıdurmalar Rohingyam dramını gözlər önünə sərmişdi. Budditslərin etdiyi hücumlar zamanı əksəriyyəti müsəlman olan çoxlu sayda insan həyatını itirmiş, yüzlərlə ev və iş yeri yandırılmış, minlərlə insan isə bögəni tərk etmək məcburiyyətində qalmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir