Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Namaz Muhəmməd peyğəmbərlə başlayıb?

Quran əvvəlki peyğəmbərlərin «salat»ından bəhs edir.

Namaz Muhəmməd peyğəmbərlə başlamadı. Quran əvvəlki peyğəmbərlərin «salat»ından bəhs edir. Həmçinin Musa peyğəmbərin şəriətində də namaz günümüzə kimi beş vaxt olaraq qorunaraq gəlmişdir.

Süryani kilsəsi kimi bəzi xristian məzhəbləri də namaz ibadətini yerinə yetirirlər.

«Salat»ın əsası «dua» və «qulluq»dur. Dua ilk insandan etibarən mövcuddur. Qaldı ki, Muhəmməd peyğəmbərin öyrətdiyi mənada «salat»ın əvvəlki peyğəmbərlər tərəfindən bilindiyinin işarələri Quranda mövcuddur.

Salat «ibadət» vurğusu ilə əvvəlki vəhylərin mənsublarına əmr edilmişdir («Bəyyinə» surəsi, 98/5).

Salat bütün peyğəmbərlərə əmr edilmişdir («Ənbiya» surəsi, 21/73).

İsmayıl peyğəmbər ev camaatına salatı əmr etmişdir («Məryəm» surəsi, 19/55).

Salat İsrail övladlarından alınan beş sözdən biridir («Bəqərə» surəsi, 2/83).

Musa peyğəmbərə tövhiddən sonra salat əmr edilmişdir («Taha» surəsi, 20/14).

Loğman oğluna salatı nəsihət etmişdir («Loğman» surəsi, 31/17).

Məryəmin oğlu İsaya əmr edilən iki prinsipdən biri salatdır («Məryəm» surəsi, 19/31).

Quranın bu xəbərini təsdiq edən məlumatlara kanonik İncillərin bəzilərində də rast gəlirik. Məsələn, müəllifi Mark olan İncildə Məryəmin oğlu İsanın axırıncı gecəsindən bəhs edilərkən İsanın Petrus, Yəqub və Yəhyanı özü ilə götürüb bir az uzaqlaşdığını və «üzü üstə yerə sərilib dua etməyə başladığını» nəql edir (İbrahim 14:32-35).

Markın «üzü üstə yerə sərilib dua etmək» dediyi şey əslində Quranın «salat» dediyi sözün elə özüdür. Markın bu cümlələri müsəlman namazının zirvəsi olan «salat»ın əvəzidir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...