Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
u1_praying

Namaz qılmaq istəyən yüzlərlə işçi fabrikdən qovuldu – FOTO

Share Button

ABŞ-ın Kolorado əyalətində yerləşən bir fabrikdə 190 işçi namaz qılmağa icazə verilmədiyi üçün etiraz etdiklərinə görə işdən qovulub

t1larg-cargill-giABŞ-ın Kolorado şəhərində əksəriyyəti ətin qablaşdırılması və paylanması fabrikində işləyən somalili immiqrantlardan ibarət 190 işçi fabrik tərəfindən namaz qılmağa icazə verilmədiyi üçün etdikləri etirazdan sonra işdən qovuldular.

Təxminən 200 işçi fabrikin rəhbərliyi ilə görüşərək Amerika-İslam Əlaqələri Şurası ilə (CAIR) etiraza qatılıb.

Etirazlara qatılanlar işdən qovulub…

CAIR-in sözçüsü Jaylani Hussein onlara namaz qılmaq üçün icazə verməyən fabrik rəhbərliyinə etiraz etmək üçün işə getməyən və etirazlara qoşulan 200 işçidən bəzilərinin işə geri qayıda bildiklərini, amma böyük əksəriyyətinin işdən qovulduğunu söyləyib.

Bəzi işçilər adı “Cargill” olan fabrikin işçilərinə namaz qılmaları üçün icazə vermə mövzusundakı qaydalarını dəyişdirdiyini söyləyib.

2FB65C1B00000578-0-image-a-40_1451612973625

Namaz izni nahar fasiləsində verilirdi…

Daha əvvəl bəzi işçilər fərqli vaxtlarda istehsal işlərinin axsamaması üçün fabrik tərəfindən təsis edilən namaz otağında müxtəlif vaxtlarda namaz qıla bilirdilər.

“Din.az” “Denver Post” qəzetinə istinadən xəbər verir ki, artıq işçilərə namaz qılmaq üçün 5-10 dəqiqəlik vaxt verildiyini, amma verilən bu izin 30 dəqiqəlik olan nahar vaxtından kəsilirdi.

Amma işçilər üçün namaz vaxtının ötürülməsinin işlərini itirməkdən daha pis olduğunu söyləyən CAIR-in sözçüsü Hussein, fabrik rəhbərinin işçilərə “əgər namaz qılmaq istəyirsinizsə evə gedin” dediyini söyləyib.

“Cargill” isə verdiyi açıqlamada, 2009-cu ilin aprel ayından bütün işçilərimizin namaz qılması üçün tikilən yerin hazırda da işçilər tərəfindən istifadə edildiyini söyləyib.

0

Qovulanlar arasında 10 ildir işləyənlər də var…

“Russia Today” “Cargill” fabrikinin etirazlarda iştirak edən işçilərini etirazlardan sonra işdən qovulduğunu  iddia edib.

Qovulan işçilərdən bəziləri 10 ildən çoxdur fabrikdə işləməkdə idi.

Şirkətin siyasətinə görə, müqaviləsi bitirilən işçilərin 6 ay ərzində şirkətə təkrar iş üçün müraciət edə bilməyəcəkləri söylənilib.

Şirkət saatı 14 dollar olan təqribən 2 min işçi işlədir.

u1_praying

Cargill-Muslim-Prayer-CBS1

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top