Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Namaz qılmayanı öldürən müsəlmanlar

İnananların vəzifəsi insanları Allahın ayələrinə ən düzgün və ən gözəl tərzdə dəvət edərək tövsiyələr etməkdir.

Hədis rəvayətlərində namaz qıldığı halda namazı tərgidənin şirkə bulaşdığına inanılır. Buna görə də qanının halal olduğu bildirilir (Muslim, “İman” 134, (82); İbn Macə, “Salah” 77, (1078); Tirmizi, “İman” 2, (2611); Əbu Davud, “Cihad” 104, (2641)).

Bundan başqa, hədislərdə spirtli içki içənin qamçılanmalı olduğu, 4 dəfə təkrarlanarsa, yenə içməyə davam edərsə, öldürülməli olduğu öz əksini tapıb (Əbu Davud, “Hudud” 37, (4482); Tirmizi, “Hudud” 15, (1444)). Halbuki bu cür iddia və hökmlərin Quranda heç bir əsası yoxdur. Quranda hər hansısa ibadəti etməyən və ya içki içən üçün nəzərdə tutulan bir cəza forması yoxdur.

İmtahan dünyasında yaşadığımız üçün insanların günah etmək və ya istəyərsə, Allaha qulluq etməmək seçimləri var. Heç kimin güclə imana məcbur edilməsi mümkün olmadığı kimi, hansısa ibadəti yerinə yetirməyə də məcbur edilə bilməz. Çünki hamı Allaha özü hesab verəcəkdir.

İnananların vəzifəsi insanları Allahın ayələrinə ən düzgün və ən gözəl tərzdə dəvət edərək tövsiyələr etməkdir. Qəbul edib-etməmək hamının öz işidir.

“Həqiqətən, bu Quran bir nəsihətdir. İstəyən onu fikirləşər, öyüd alar” (“Muddəssir” surəsi, 74/54-55).

Emre DORMAN

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...