Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Namaza görə vergi almağı təklif etdilər

Almaniyada katolik və protestantlar üçün kilsə vergisi mövcuddur.

“Maliyyələşdirməni təmin etmək lazımdır”.

Almaniyada yaşayan müsəlmanlardan dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi verginin alınması təklif edilib.

Din.az oxu.az-a istinadən bildirir ki, müvafiq təşəbbüslə Bundestaqın, Almaniyanın iqtidar koalisiyasına daxil olan Xristian-sosial ittifaqından olan deputatı Aleksander Radvan “Süddeutsche Zeitung” dərc edilmiş müsahibəsində çıxış edib.

“Məscidlərin xaricdən sərmayələşdirilməsinin qarşısı alınsa, o zaman təbii ki, yerində maliyyələşdirməni təmin etrmək lazımdır”, – Radvan bildirib.

Onun sözlərinə görə, bunu “katolik və protestantlar üçün artıq mövcud olan kilsə vergisinə” analoji etmək olar.

Hazırda Almaniyada “yeni dalğa” qaçqınları saymasaq, 3,8-4,3 milyon müsəlman yaşayır, bu isə əhalinin ümumi sayının 5%-ni təşkil edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...