Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Namazdan çıxan müsəlmanlara divan tutuldu – Foto

Məscidə basqın edildi, namaz qılmağa gedənlər döyüldü.

İsrail ordusu Əl-Əqsa məscidinə basqın edərək namaz qılmağa gedənləri döyüb. Eyni zamanda namazdan sonra səsli bombadan istifadə edilib. Əməliyyat zamanı 3 fələstinli həbs olunub.

Din.az xəbər verir ki, İsrail hərbçiləri namazdan sonra məscidin Əl-Əsbat və Bab Əl-Amud qapıları qarşısında fələstinlilərə bomba atıblar.

Daha sonra həbslərə başlanılıb. Yerli qaynaqlar namaz qıldıqdan sonra müqəddəs məkandan çıxan fələstinlilərin incidildiyi, bəzilərinin isə həbs edildiyini təsdiqləyib.

Qeyd edilir ki, İsrail polisi gənc qızlar və yaşlı insanlar daxil olmaqla ibadət edənləri ərazidən qovmaq üçün müxtəlif formada müdaxilələr edir və insanları döyürlər. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...