"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Namazı qadağan etdilər!

Share Button

Şagirdlərin tənəffüslərdə belə namaz qılmaları qadağan olundu

Danimarkanın paytaxtı Kopenhagenin şimalında sağlamlıq və pedaqoji dəstəklə bağlı təhsil verən SOPU Hillerod məktəbindəki qadağa, bir şagirdinin idarədən aldığı məktuba sosial şəbəkədə reaksiya verməsi ilə ortaya çıxıb.

“Din.az” “Timetürk”ə istinadən xəbər verir ki, şagird, üzərində “İdarədən yeni qərar. SOPU Hillerodda namaz qıla bilərəmmi? Cavab: XEYİR” yazan bir plakat tutarkən çəkilən fotoşəklini paylaşıb.

Danimarka mətbuatına açıqlama verən məktəb müdiri İnger Margrethe Jensen, namaz qadağası qərarının doğru olduğunu bildirdi. Yaşanan bəzi hadisələrdən dolayı məktəbin qaydalarını şagirdlərə xatırlatdıqlarını söyləyən məktəb müdiri Jensen, “Bəzi şagirdlər məktəbdə bir məscid qurmaq istədi. İslami ibadət çox görünən hala gəldi. Çünki bəzən dəhlizlərdən belə namaz qılmaq üçün istifadə etdilər. Din və təhsil bir-birindən ayrıdır. Din şəxsi həyata aiddir” deyib.

Jensen, sadəcə dərs saatlarında deyil, eyni zamanda tənəffüslərdə də namaz qılmağın qadağan olunduğunu bildirib.

Qadağaya qarşı, aralarında xrisitianların da olduğu şagirdlər artıq imza toplamağa başlayıb.

Qeyd edək ki, əhalisi 5,6 milyon olan Danimarkada 200 mindən çox müsəlman yaşayır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir