Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Naməlum şəxslər Londonda məscidin yanında müsəlmana hücum etdilər – VİDEO

London küçələrində müsəlmanların ünvanına nəlayiq ifadələr qışqırdılar.

Londonda iki nəfər məscidin yanında olan şəxsə hücum edib.

“The Sun” nəşrinin məlumatına görə, hadisə martın 15-də baş verib.

Videodan cinayətkarların 27 yaşlı kişinin olduğu avtomobilə necə hücum etdiyi görünür. Əllərində çəkic olan şəxslərdən biri avtomobilin salonuna daxil olur, digər isə maşının kapotunun üstünə çıxır.

Hadisə şahidləri bildiriblər ki, həmin şəxslər müsəlmanların ünvanına nəlayiq ifadələr qışqırıblar, onları terrorçu adlandırıblar.

Hücum edənlər qaça biliblər. Maşında olan şəxs isə xəsarət alıb.

//baku.tv/az/watch/7352/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...