Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

NASA ərəb kosmonavtlar hazırlayacaq

Əmirlik kosmonavtları ABŞ-ın kommersiya kosmik gəmilərinin göyərtəsində kosmosa göndəriləcək.

Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi ilə ABŞ Kosmik Agentliyi (NASA) arasında əmirlik kosmonavtlarının ABŞ-ın kommersiya kosmik gəmilərinin göyərtəsində kosmosa göndərilməsi üçün hazırlığı haqqında saziş imzalanıb.

Din.az bildirir ki, sentyabrdan iki əmirlik kosmonavtı 2019-cu ilin aprelində Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə uçuş üçün Ulduz şəhərciyində hazırlıq keçir. Kosmonavtlardan birinin Beynəlxalq Kosmik Stansiyaya uçuşunun aprelin 5-16-da baş tutacağı gözlənilir.

“BƏƏ Kosmik Agentliyi Bremen şəhərində (Almaniya) kosmonavtika məsələlərinə həsr edilmiş beynəlxalq konfransda “NASA” ilə pilotlu kosmik uçuşların təşkili üzrə tarixi saziş imzalayıb. Sənəd əmirlik kosmonavtlarının ABŞ-ın kommersiya nəqliyyat vasitələrində kosmosa göndərilməsi üçün “NASA” obyektlərində hazırlıq strukturunu nəzərdə tutur”, – BƏƏ Kosmik Agentliyinin məlumatında deyilir.

Sazişi BƏƏ Kosmik Agentliyinin Direktorlar Şurasının sədri Əhməd bin Abdulla əl-Falasi və “NASA” rəhbəri Cim Braydenstayn imzalayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...