Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

NATO İsraili İrandan qorumaqdan imtina etdi

NATO İsrailə qarşı biganə qalacağını bildirib.

NATO Baş Katibi Jens Stoltenberq İran ilə silahlı qarşıdurma vəziyyətində İsrailə Şimali Atlantik Müqaviləsi Təşkilatının yardım etməyəcəyini açıqlayıb.

Din.az xəbər verir ki, Almaniyanın Der Spiegel jurnalına danışan NATO Baş Katibi Jens Stoltenberq, NATO üzvü olmadığı üçün İsrailə 100 faiz təhlükəsizlik zəmanəti verməyəcəklərini bildirib.

NATO-nun Yaxın Şərqəki həll prosesinə daxil olmadığını bildirən Stoltenberq, “Bu bizim işimiz deyil” ifadələrini işlədib. İttifaqın üzvləri arasında İranla BMT icazəli nüvə müqavilə məsələsində fikir ayrılıqları olduğuna diqqət çəkən Baş Katib, bununla yanaşı İranın raket proqramından və regionda qeyri-sabitliyə səbəb olan şəkildə terrorçu qruplara verdiyi dəstəkdən NATO-nun bütün üzvlərinin narahat olduqlarını dilə gətirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...