Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nazir: Azərbaycan uzun illər multikulturalizm üçün dayaq rolunu oynayıb

“Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq”.

Azərbaycan iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır.

Din.az bildirir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mərasimdə deyib.

Nazir bildirib ki, Azərbaycan və İsrail ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə edib: “Biz hərbi sahədə, kənd təsərrüfatı və turizm sahəsində uğurla əməkdaşlıq edirik. Biz eyni zamanda iqtisadi diversifikasiya sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edirik”.

M.Cabbarov həmçinin, İsrail dövlətinin yaranmasının 70-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin İsrail xalqına təbriklərini çatdıraraq, İsrail və Azərbaycan xalqlarının dostluğunun tarixi köklərə malik olduğunu deyib:

“Azərbaycan uzun illər multikulturalizm üçün dayaq rolunu oynayıb. Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq. Yəhudi xalqı da heç vaxt antisemitizmə yer olmadığı Azərbaycanda özünü rahat hiss edib”.

Nazir eyni zamanda gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib və bildirib ki, ölkələr arasında hər il artan əmtəə dövriyyəsi bunun sübutudur. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...