Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nazir beş min manatı sahibinə qaytaran məktəblini mükafatlandırdı

Nazir tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görüldü.

Tapdığı beş min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.

Din.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz “Facebook” səhifəsində yayıb.

O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib.

Qeyd edək ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında beş min manat tapıb və sahibinə qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub./Oxu.Az

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...