Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Nazir: “Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir”

Nazirdən məktəblərin rəhbərliyinə göstəriş verilib.

“Şagirdin əsas funksiyası məktəbdə olmaq, dərs oxumaqdır”.

Din.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirərkən deyib.

“Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək. Məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə olması üçün maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”, deyə nazir vurğulayıb. / Ölkə.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...