Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Nazir prezidentdən Şeyxin azad edilməsini istədi – FOTO

Share Button

Şeyxin azad edilməsi Nigeriyadakı “Boko Haram” ilə mübarizədə səmərəli təsir bağışlayacaq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nigeriyaya səfərə gedib. 

“Din.az” bildirir ki, “publika.az” xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində iranlı nazir Nigeriya prezidenti Məhəmməd Buhari və xarici işlər naziri Ceffri Onyeama ilə görüşüb.

Görüş zamanı Məhəmməd Cavad Zərif prezidentdən Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəkinin azadlığa buraxılmasını tələb edib.

qaynarimage120036

İranlı nazir vurğulayıb ki, Şeyx Zəkzəkinin azad edilməsi Nigeriyadakı “Boko Haram” ekstremistləri ilə mübarizədə səmərəli təsir bağışlayacaq.

M.C.Zərif nigeriyalı dövlət rəsmilərinə Şeyx Zəkzəkinin müalicəsinə ehtiyac olduğunu da xatırladıb.

Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəki 2015-ci il dekabrın 13-də onun mənzilinə edilən hücum nəticəsində yaralanıb və Nigeriya ordusu tərəfindən həbs olunub.

Nigeriya ordusu isə bu hücumun səbəbini Şeyx Zəkzəki tərəfdarlarının Zarya məntəqəsində Nigeriya ordusunun Baş Qərargah rəisinə qarşı terror hücumu planlaşdırmaqda ittiham edir.

qaynarimage246287

qaynarimage969571

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir