Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nazir: “Zaqataladakı tarixi rus kilsəsində təmir-bərpa işinin həyata keçirilməsi vacibdir” – FOTO

Rus kilsəsinin tarixi binasına baxış keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayon Mərkəzi kitabxanasının fəaliyyəti ilə tanış olub.

Din.az bildirir ki, Nazirlikdən Milli.Az-a verilən məlumata görə, əsası 1923-cü ildə qoyulan kitabxana ötən dövr ərzində əhalinin maariflənməsinə öz töhfələrini verib.

Ə.Qarayev kitabxanada elektron xidmətlərin səviyyəsinin daha da artırılması, kitabxana işçiləri üçün Elmi-Metodiki Mərkəz tərəfindən kursların təşkil olunması haqqında göstəriş verib.

Nazir həmçinin kitabxananın qarşısında yerləşən parkda Zaqatala rayonunda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət satış yarmarkasının təşkili barədə müvafiq tapşırıq verib.

Ə.Qarayev Zaqatalada yerləşən rus kilsəsinin tarixi binasına baxış keçirib. Tikilinin vəziyyəti ilə tanış olan nazir XIX əsrdə inşa olunmuş binanın bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...