Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nazirin fikri ortalığı qarışdırdı: “Müsəlmanlar Ramazanda təhlükə yaradır”

Danimarka naziri İnqer Stojberq cəfəng fikirlər səsləndirib.

” Oruc tutan müsəlmanlar Ramazanda təhlükəsizlik riski yaradır. Oruc tutan müsəlmanlar sözügedən ibadəti yerinə yetirmək üçün icazə almalıdır”.

Din.az xəbər verir ki, bu fikirləri Danimarka naziri İnqer Stojberq deyib.

Nazirə bu fikirlərinə görə, sərt reaksiya verilib. Hökumət sözçüsü, nazirin fikirləri ilə bağlı açıqlama verib. Bildirib ki, nazirin sözləri öz düşüncələridir və hökumətin siyasətini əks etdirmir.

Qeyd edək ki, İnqer Stojberq qəzetlərin birində yazdığı yazıda, müsəlmanların ramazan ayı boyunca işdən ayrılmaları gərəkdiyini deyib.

Nazir yazıda avtobus sürücülərini misal göstərib. Onun fikrincə, 1 insan həm 18 saat ac qalıb, həm də təhlükəsiz şəkildə avtobus idarə edə bilməz.

“Danimarka kimi modern bir ölkədə, oruc tutulması məsələsi üzərində, yenidən düşünülməlidir” – deyə nazir bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...