Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nazirlik: “Təzəpir” məscidinin yaxınlığında qazıntı zamanı tapılan tikili tarixi abidə siyahısında olmayıb

Qazıntı işləri zamanı qədim hamamın qalıqları aşkarlandı.

Mədəniyyət Nazirliyi Bakıda “Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının aşkarlanmasına münasibət bildirib.

Din.az-ın xəbərinə əsasən, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

F.Hüseynov qeyd edib ki, həmin tikili şəxsi mülkdə olan hamamın külxanasıdır: “Təxminən, 12 il əvvəl orada tikinti işləri görülüb və yaxınlıqda avtomobil dayanacağı da olub. Tikinti işləri gedən zaman da həmin hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Çünki külxanalar həmişə tikili özülünün aşağısında olub. Bu cür hamamlar şəxsi mülkə aid olsa da abidə sayıla bilər, lakin həmin tikili tarixi abidə siyahısında olmayıb”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi məşğul olur.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...