Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nazirlikdən Bakıdakı FETÖ-çu ilə bağlı – Açıqlama

İsa Özdəmir öz ölkəsinə ekstradisiya ediləcəyi təqdirdə ona qarşı heç bir təzyiq olmayacaq.

FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, Türkiyə tərəfindən İsa Özdəmir öz ölkəsinə ekstradisiya ediləcəyi təqdirdə ona qarşı heç bir təzyiq olunmayacağı ilə bağlı yazılı müraciət alıblar: “Ona qarşı qeyri-insani hərəkət olmayacaq, bütün hüquqları təmin olunacaq”.

Nümayəndənin sözlərinə görə, bununla bağlı BMT nümayəndəliyinə müraciət edilib, həmin qurumdan da cavab gözləyirlər.

Məhkəmə həmin sənədlərin də işə əlavə olunacağını deyib.

Növbəti proses iyulun 4-də davam edəcək.

İsa Özdəmir Fətullahçı Terror Təşkilatına üzv olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İsa Özdəmir Azərbaycanda həbs edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...