Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Nə üçün Azərbaycandakı xristian din xadimlərindən buna münasibət öyrənmirik?”

761 nəfərlik “rus icması” Rusiya hakimiyyətindən narazıdır.

Azərbaycanın işğal altındakı torpaqlarında hələ də yaşayan azsaylı- “rəsmi statistikaya” görə, 761 nəfərlik “rus icması” Rusiya hakimiyyətindən narazıdır.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda separatçı nəşrlərdən birinə müsahibəsində 1999-cu ildən “”DQR”-in rus icması” adlı “qeyri-hökumət” təşkilatı kimi fəaliyyət göstərən icmanın rəhbəri Qalina Somova danışıb. O, bildirib ki, keçmişdə Şuşada da, Xankəndində də rus kilsələri olub. İcmanın səyləri nəticəsində nəhayət, 2010-cu ildə Xankəndində rus kilsəsi tikilməsinə icazə alınıb. Bütün Rusiya patriarxı II Aleksey də xeyir-du verib. Xankəndində məbədgahın tikintisi üçün 6110 kvadrat metr ərazi ayrılıb. Moskva rus kilsəsinin nümayəndəsi Aleksandr atanın iştirakıyla təntənəli təməlqoyma mərasimi keçirilib. Lakin artıq 8-ci ildir ki, kilsənin tikintisinə başlanılmır:

Bu barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:

http://www.moderator.az/news/249700.html?fbclid=IwAR29Q9Q7u7YPw1KsOCsgroAx7ZzjsBYXDJnWGwKFrBw31hT85vDgYtDRhek

Görəsən, ermənilərlə ruslar arasında dini zəmində qarşıdurma baş verməsi faktı varmı tarixdə? Ümumiyyətlə ermənilər üçün kilsə həm də ideoloji silahdır. Amma bəzən ruslar da bu silahın güdazına düşüb.

Elə Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı da Moderator.az-a açıqlamasında deyir ki, ermənilərin bu cür mənfur xisləti zaman-zaman ruslarla da münaqişə yaşamalarına səbəb olub:

“Ermənilər də, ruslar da xristian və eyni dinə mənsub olsalar da aralarında zaman – zaman dini qarşıdurmalar olmuşdur. Məlumdur ki ermənilər xristianlığın qriqoryan məzhibinə aiddirlər. Amma katolik ermənilər, protestant ermənilər də olmuşdur. Erməni milləti formalaşdırılarkən, erməni siyasi hərəkəti dizayn edilərkən hər üç qoldan hərəkət edilmişdir. Rus provaslav kilsəsi ilə Eçmiədzindəki Erməni kilsəsi əlaqələr qurmuşdur. İstanbuldakı Erməni Patrikliyi daha çox Avropa konfesiyaları Vatikanla, Katolik dini qurumları ilə işləmişdir. Kilikiya Patrikliyi Yaxın Şərqdə, xüsusən Qüdsdə çalışmışdır. Erməni ruhaniliyinin hər üç qolu aralarında fərqlər olmasına baxmayaraq milli dini təəssübkeşliklə fəaliyyətini sürdürmüşdür. İndi də prinsipcə fərqli görünsə də onlar həm Vatikandan, həm də Dünya Ortodoks Kilsələrindən dəstək almaqdadırlar. Qafqazda provaslav kilsələri çarizm zamanında bütün ruslar məskunlaşan ərazilərdə olmuşdur. Malokanlara aid dini məskənlər indi Azərbaycanda qorunmaqdadır. Amma bu məbədlər Ermənistanda baxımsız vəziyətdə və onlar məhv edilirlər. Bunu Rusiya mətbuatı dəfələrlə yazıb. Din xadimlərinin görüşlərində müzakirə edilib. Ermənistan Gümrüdə yaşayan rus əsgər ailərinin ibadəti üçün kilsə tikilməsinə uzun müddət mane oldu. Bu maneçilik Dağlıq Qarabağda da özünü göstəməkdədir. Ermənilər az sayda rusun buranı tərk etməsini gözləyir ki, burada həmi provaslav kilsəsini inşa etməsin. Bu durum iki ölkə arasında münaqşə halı döğura bilərmi? Doğura bilər, təbii ki, əgər biz bu məslələrə biganə qalmayb onu gündəmdə saxlaya bilsək. Nə üçün Azərbaycandakı xristian din xadimlərindən bu məsələlərə münasibət öyrənmirik? Dinin həssas məsələ olduğunu da anlamaq zor iş deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...