Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

NƏ ÜÇÜN VƏ NECƏ DUA EDƏK?

“Mənə dua etdiyi zaman dua edənin duasına cavab verirəm”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Dua məna baxımından “çağırmaq”, “səslənmək”, “istəmək”, “yardım və dəstək tələb etmək” mənalarına gəlir.
Dua müəyyən mənada: “Rəbbim, mən əlimdən gələnin ən yaxşısını etməyə çalışdım, indi ən xeyirlisi üçün Səndən yardım və dəstək istəyirəm” deməkdir. Buna görə də duadan əvvəl həssas və səmimi şəkildə çalışmaq lazımdır.
“Bəndələrim mənim haqqında səndən soruşsalar, de ki, həqiqətən mən çox yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verirəm. Elə isə onlar da mənə qarşılıq versinlər və mənə güvənsinlər ki, doğruya nail olsunlar” (“Bəqərə” surəsi, 186).
Dua bizə fərz buyurulan ibadət olmaqla yanaşı, həm də bizim üçün psixoloji mənada müəyyən qəlb rahatlığıdır.
Bəndə duaların qəbul edilib-edilməməsinə görə deyil, bəndə olduğu şüuru ilə Allaha qəlbən bağlanmaqda səmimi və qətiyyətli olmalı, günahları səbəbiylə Allahdan bağışlanma diləməlidir:
“Rəbbinizdən bağışlanma diləyin! O, bağışlamağı çox sevəndir.” (“Nuh” surəsi, 10)
Allah bizə yaxın və hər an bizdən xəbərdardır. Biz harada olsaq da Allah bizimlə birlikdədir, bütün etdiklərimizi görür:
“Harada olursunuz olun, Allah sizinlə birlikdədir. Allah bütün etdiklərinizi görür” (“Hədid” surəsi, 4).
“Dua etdim, lakin qəbul olmadı” demək, əsl möminə yaraşmaz. Allah bəndələrini müxtəlif imtahanlarla, çətinliklərlə sınağa çəkir.
Biz əlimizdən gələni etdikdən sonra nəticəni Allahdan gözləməliyik:
“Bir şey sizin üçün daha xeyirli olduğu halda siz bunu sevməyə bilərsiniz. Həmçinin bir şey sizin üçün şər olduğu halda siz onu sevə bilərsiniz. Allah bilir, siz bilmirsiniz” (“Bəqərə” surəsi, 216).
Duada müəyyən ürpərti və ümid ifadəsi olmalıdır:
“Rəbbinizə yalvarıb yaxararaq gizlicə dua edin. Bilin ki, O, həddi aşanları sevmir. Çəkinərək və ümid edərək dua edin Ona. Şübhəsiz ki, Allahın rəhməti, gözəl düşünüb gözəl iş görənlərə çox yaxındır” (“Əraf” surəsi, 55-56).
Dua ibadəti Quranın bizə öyrətdiyi ədəb və hörmət çərçivəsində edilməlidir. Duaları səmimi və saf ürəklə etmək, bu zaman tələsməmək də çox vacibdir.
Yer üzündə müharibələrin və fəsadların sona çatması üçün də dua edilməlidir. Allahın lütf və nemətləri istəməklə bitməz.
Duanı mövcud olan qəliblərdə əzbərləyərək, “hazır dua vardır” deyərək dua sözlərini hiss etmədən və ucadan təkrarlamaq doğru deyildir:
“Rəbbinizə yalvaraq gizlicə dua edin. Bilin ki o, həddi aşanları sevmir”
(“Əraf” surəsi, 55).

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...