Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Necə yaxşı müsəlman ola bilərik?

NƏ ZAMAN YAXŞI MÜSƏLMAN OLARIQ?

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Əsl müsəlman olmaq, “Müsəlmanam” demək qədər asan deyildir. Müsəlman olmağa dini öyrənməzdən əvvəl, insan olmağı öyrənməklə başlamaq mümkündür.

Ən əvvəl ləyaqətli insan olmalıyıq. Ən sadə və ən təbii bəşəri davranışları ən əvvəl mənimsəməli, sonra isə səmimi şəkildə onları həyata keçirməliyik. Bu səbəbdən müsəlman olmağın ilk şərti insan olmaqdır.

Dini ismarışlar yaradılışımızdan bizdə mövcud olan gözəl xüsusiyyətlərimizi bizə xatırlatmaq və yolumuzu azdığımız zaman bizi yolumuza gətirmək üçün göndərilib. Məslən, Quranın xüsusiyyətlərindən biri “zikr”, yəni “xatırladıcı”dır. Quran hər şeydən əvvəl bizə insan olduğumuzu xatırladır. Bu ilahi kitab insanları yaradan Allaha, sonra isə Allahın bütün yaratdıqları qarşısında məsuliyyətimizi xatırladaraq bizə xəbərdarlıq etmək üçün mövcuddur. Müsəlman olmaq əsl mənada Allaha inanıb Ona bağlı olmaqdır. İnsan kimi ehtiyacımız olan bütün gözəllikləri bizə verən, mərhəmət və sevginin mənbəyi olan Allahdır.

 

 

NƏ ZAMAN YAXŞI MÜSƏLMAN OLARIQ?

 

– Özümüzə qayıdıb öz əlimizlə pozduğumuz yaradılış nizamlarımızı düzəltmək üçün səy göstərsək, deməli yaxşı müsəlman olmağa yaxınlaşmışıq.

– Allaha bəndə olmağımızı, hər biri çox gözəl və mühüm olan namaz, oruc, həcc və zəkat kimi ibadətlərlə məhdudlaşdırmadığımız və müəyyən ibadətlər səviyyəsinə salınan İslam inancı qavrayışına sahib olmadığımız zaman.

– Düzgün Allah, insan ağlına və yaradılışına uyğun doğru din və nümunə götürüləcək əsl peyğəmbər qavrayışına sahib olduğumuz, “Allah vardır” deyib, olmadığını düşünmədiyimiz, Quranı yeganə rəhbər və meyar, peyğəmbərimiz Muhəmmədi (s) isə ən gözəl nümunə qəbul etmədiyimiz zaman.

– Həqiqətən yaxşı müsəlman olmağımız üçün ləyaqətli insan olmalıyıq. Kiminsə bizə yaxşı deməsi üçün və ya ətrafa yaxşı görünmək üçün deyil, həqiqətən gözəl niyyətlə yaxşı əməllərə yönəldiyimiz zaman.

– Yerdəki çörəyə basmamağa həssas yanaşdığımız qədər yalan danışmamağa, dedi-qodu etməməyə, iftira atmamağa, ikiüzlülük etməməyə də həssas yanaşdığmız zaman.

– Bir-birimizi başa düşdüyümüz, qəzəb, kin və nifrətdən uzaq olduğumuz, bizi biz edən ortaq dəyərlərimizi irəli çıxararaq həqiqi mənada hörmət və sevgini öyrəndiyimiz zaman.

– Günah və pis əməllərə qarşı çıxıb dəmir iradəyə sahib olduğumuz, bəhanələr gətirmədiyimiz zaman.

– Sosial ədaləti, qarşılıqlı yardımı və paylaşmağı artırıb məsuliyyət şüuruna sahib həssas insanlar olduğumuz zaman.

– Oxuyub öyrəndiyimiz, düşünüb araşdırdığımız, elm, incəsənət və texnoloji məhsullar istehsal edərək insanlığa xeyir verdiyimiz, yəni təhsil və tədrisə yüksək dəyər verdiyimiz zaman.

– Adalətdən, hüquqdan uzaqlaşmadığımız, hiylə işlətmədiyimiz, hər cür pis əməllərdən uzaq olduğumuz zaman.

– Vaxtımızı mümkün qədər gözəl dəyərləndirdiyimiz, həm özümüzü, həm də ətrafımızı doğru bilikləndirdiyimiz zaman.

– İnsanlara, bütün canlılar və ətrafımıza qarşı həssa yanaşdığımız, küçə heyvanlarına qayğı göstərdiyimiz, yerə zibil atmadığımız, yerə tüpürmədiyimiz, dənizləri çirkləndirmədiyimiz, yaşıl sahələri məhv etmədiyimiz zaman.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...