Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Nəhayət Əli babanın üzünü güldürdülər – FOTO

Balaca pişiyi ilə çöldə qalan Əli babaya xeyirxahlıq edildi.

Evində baş verən yanğından sonra balaca pişiyi ilə çöldə qalan Əli babaya kömək edildi.

Din.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində yanğından xilas olan və göz yaşları ilə balaca pişiyi ilə çöldə qalan Əli Meşeyə yaxşı xəbər gəldi. Bir neçə gün öncə yanlışlıqla evini yandıran Əli baba qısa müddətdə qubernatorun köməyi yeni evinə köçəcək.

Bolunun Ordular kəndində yaşayan Əli Meşə (83 yaş) bir mərtəbəli taxta evində sobaya atdığı odunları benzinlə yandırmaq istədiyi zaman birdən alovlandı və evdə yanğın çıxdı. Hadisə yerinə gələn xilasetmə qrupları yanğını tez bir zamanda söndürüb. Əli baba ilə həyat yoldaşı və iki uşağının yaşadığı taxta ev istifadə edilə bilməz hala gələrkən Əli baba pişiyini sarılaraq evinin yanmasını gözyaşları içində izlədi. Bolunun mərkəzində yaşayan oğlu Əhməd Meşənin evinə köçdü. Bolu qubernatoru Aydın Barış da Meşe və həyat yoldaşı Fahriye Meşeni burada ziyarət etdi. Ailəyə lazımlı yardımın ediləcəyini söyləyən Barış, yanğında qolundan yaralanan Meşeni müalicə etmək üçün xəstəxanasına aparıb.

Əli Meşə: “İki pişiyim var idi. Biri evə gəldiyimdə dərhal yanıma gəlir, mənimlə yatardı. Yanğın baş verəndə televiziyanın qabağında idi . O dəqiqə üzərimə qaçdı, mən də onu da götürərək çölə çıxdım. İki dənə də bala pişik var idi amma onlar divan altına girdikləri üçün xilas edə bilmədik. 12 dənə də toyuğum var idi, onlar da tələf oldu” – deyib.

Bolu qubernatoru Barış, “Qısa müddətdə problemlərini həll edəcəyik” deyib. Ailə və Sosial Siyasətlər Naziri Fatma Betül Saya Kaya da vəziyyəti ilə maraqlanıb. Nazirlik açıqlamasında, “Əli dayımızın ehtiyacları qarşılanmış, özünə lazımlı psixoloji-sosial dəstək verilmişdir. Nazirliyimiz yanğında itirdiyi evinin sürətlə yenidən inşası üçün lazım olan dəstəyi də verəcək”- deyə bilidirib.

Türk Qızılay Bolu şöbəsi işçiləri, müalicəsi davam edən Əli Meşəyə pişiyini daşıma çantası içində təslim edib. \ A24.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...