Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Nepalda möcüzə: məscidin minarəsi göydə uçdu – VİDEO

Sosial şəbəkədə yayılan görüntülər insanların, xüsusən də din adamların beynində sual işarəsi yaradıb. “Din.az”ın məlumatına görə, “facebook” sosial şəbəkəsində paylaşılan yazıda baş verənlər belə izah edilir: Nepalda bir məscidin tikinti işləri qurtarandan sonra minarənin şərəfələrini taxmaq üçün lazım olan texniki vasitəni şəhər bələdiyyəsi vermir. Üstəlik bildirir ki, “mən sizə kömək edə bilmərəm, gedin minarənin sərəfələrini […]

Sosial şəbəkədə yayılan görüntülər insanların, xüsusən də din adamların beynində sual işarəsi yaradıb.

“Din.az”ın məlumatına görə, “facebook” sosial şəbəkəsində paylaşılan yazıda baş verənlər belə izah edilir:

Nepalda bir məscidin tikinti işləri qurtarandan sonra minarənin şərəfələrini taxmaq üçün lazım olan texniki vasitəni şəhər bələdiyyəsi vermir. Üstəlik bildirir ki, “mən sizə kömək edə bilmərəm, gedin minarənin sərəfələrini sizin inandığınız ilah taxsın”.

Məscinin imamı isə o qədər qəzəblənir ki, yuxusunda Peyğəmbəri (s.a.s) görür. Peyğəmbər ona deyir ki, minarənin şərəfəsinə ağ örtük örtün və baxın, görün Allah (c.c) onu yerinə necə qoyacaqdır!!!

Ağıllarda sual işarəsi yaradan isə yayımlanan videodakı möcüzəvi görüntülərdir. Videonun 20 minə yaxın paylaşımı var və hələ də davam edir.

Qeyd edək ki, yazı 2010-cu ildə yazılıb, lakin 7 ildir həllini tapmayan yalana hələ də baxıb inananlar var.

“Din.az” sözügedən görüntüləri təqdim edir:

Posted by Halit Turan on Dienstag, 23. Mai 2017

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...