Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Din xadimi məktəbə hədiyyələrlə gəldi – İBRƏTAMİZ 

Din xadimi aztəminatlı ailələrdən olan şagirdlərə hədiyyələr gətirdi.

Bu yaxınlarda Rusiyanın Həştərxan vilayətinin Voljskoye kənd məscidin imamı Farhat-Həzrət Kenjəliyev vilayətin Nərimanov şəhərindəki 1 nömrəli məktəbə növbəti xeyriyyə tədbiri ilə baş çəkib.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, hər il həmin məktəb üçün müxtəlif xeyriyyə aksiyaları təşkil edən din xadimi bu dəfə aztəminatlı ailələrdən olan şagirdlərə hədiyyələr gətirib.

Xeyirxahlığıyla digərlərinə nümunə olan molla məktəblilərə cansağlığı və dərslərində uğurlar diləyib.
İmam hesab edir ki, belə aksiyalar şagirdlərə uğurlu təhsil almaları üçün əlavə maddi stimul verməklə yanaşı, gənc nəslin müsəlman mənəvi dəyərlərinə marağının artmasına da kömək edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...