Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nəsimi rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib – FOTO

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirirəm.”

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Din.az bildirir ki, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən RİH başçısının birinci müavini Gülarə Verdiyeva rayondakı dini durum barədə məlumat verib və qeyd edib ki, Nəsimi rayonunda 3 məscid fəaliyyət göstərir. Gülarə Verdiyeva, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə ardıcıl olaraq dəyirmi masalar və konfransların keçirildiyini qeyd edərək vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsidir. Sədr müavininin sözlərinə görə, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi, o cümlədən dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Dövlətin dinə qayğısından da bəhs edən Səyavuş Heydərov deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mənəvi dəyərlərimizə dövlət qayğısı siyasəti bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Din xadimlərinə maddi dəstəyin verilməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ibadət yerlərinin tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının bariz nümunəsidir”,-deyə sədr müavini əlavə edib.

Səyavuş Heydərov bildirib ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından dünyaya nümunədir. Bəzi dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edildiyini diqqətə çatdıran natiq bu kimi mənfi halların qarşısının qətiyyətlə alındığını söyləyib.

Natiq xurafat, dini ekstremizm və radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və eyni zamanda qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...