Netanyahu əlindəki əşya ilə İranı təhdid etdi – Hər kəsi özünə güldürdü – FOTO

Netanyahu: “İran yəhudi dövlətini yox etməyi hədəfləyir, terrorizmə dəstək verir”.
İsrailin baş naziri Binyamin Netanyahu İranın İsrailin səbrini sınaqdan keçirməməsini söyləyib.
Din.az xəbər verir ki, Türkiyə mediasında yer alan məlumata görə, israilli nazir Almaniyanın Münhen şəhərindəki Təhülkəsizlik Konfransında çıxış edib.
İranın yəhudi dövlətini yox etməyi hədəflədiyini və terrorizmə dəstək verərək hakimiyyətini artırmaq istədiyini, İranın dünya üzərində böyük təhdid olduğunu söyləyib.
Sonra Netanyahu İsrailə məxsus hava sahəsində vurulan İrana aid pilotsuz uçuş aparatının bir parçasını göstərərək “Tehranın tiranlarına bir mesajım var. İsrailin səbrini test etməyin!” deyib.