Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahu ərəb krallığına qəfil səfər etdi

Fələstin-İsrail sülh prosesi müzakirə ediləcək.

B.Netanyahu İordaniya kralı ilə görüş keçirib.

Din.az xəbər verir ki, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu İordaniyaya əvvəlcədən elan edilməmiş səfər edib. O, kral II Abdullah ilə danışıqlar aparıb.

“Baş nazir Binyamin Netanyahu və İordaniya kralı II Abdulla bu gün (18.06.2018) Əmmanda görüşüblər.”, – deyə Netanyahunun dəftərxanasından bildiriblər.

Qeyd edilir ki, onlar regiondakı vəziyyəti, Fələstin-İsrail sülh prosesini, həmçinin ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Xatırladaq ki, yanvar ayında xəbər verilmişdi ki, İsrail səfirliyi İordaniya paytaxtındakı işini bərpa etmək niyyətindədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...