Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Netanyahu Holokostda polşalıların günahının olduğunu deməyə qoyulan qadağaya etiraz edib

“Tarixi dəyişmək olmaz, Holokostu inkar etmək yolverilməzdir”.

İsrailin baş naziri Binyamin Netanyahu Polşada polşalıların II Dünya müharibəsi illərində yəhudilərin məhv edilməsində iştirakına dair ifadələrə görə cinayət məsuliyyətinin tətbiq edilməsinə qarşı çıxıb.
Din.az xəbər verir ki, o bunu öz “Facebook” səhifəsində yazıb.


“Qanun əsassızdır. Mən qəti olaraq buna qarşıyam. Tarixi dəyişmək olmaz, Holokostu inkar etmək yolverilməzdir”, – deyə o bildirib.
Netanyahunun sözlərinə görə, o, İsrailin Varşavadakı səfirinə bu mövqeyini Polşa hakimiyyətinə çatdırmaq barədə göstəriş verib.
Bundan əvvəl Polşa Seymi (Parlamentin Aşağı palatası) Milli Yaddaş İnstitutu haqqında qanuna düzəlişlər paketini qəbul edib. Düzəlişlər polşalıların Holokost da daxil olmaqla, nasist Almaniyasında törədilən cinayətlərdə iştirak etdiyini deyənlərin 3 il müddətinə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...