Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Netanyahu İordan çayının qərb sahilində 300 evdən ibarət rayonun tikintisi ilə bağlı sərəncam verib

“Biz öz köklərimizi möhkəmləndirib düşmənlərimizə zərbə endirəcəyik”.

İsrailin Baş naziri Binyamin Netanyahu İordan çayının qərb sahilində yahudilərin yaşayış məntəqəsi Dolevdə 300 evdən ibarət daha bir rayonun yaradılması ilə bağlı sərəncam verib.

Din.az bildirir ki, avqustun 23-də həmin ərazidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində israilli qadın ölüb.

“Biz öz köklərimizi möhkəmləndirib düşmənlərimizə zərbə endirəcəyik. Biz yaşayış məntəqələrini gücləndirməyə və inkişaf etdirməyə davam edəcəyik”, – Baş nazir deyib.

Qeyd edək ki, avqustun 23-də Dolev yaşayış məntəqəsinin yaxınlığında yerləşən bulaqda radikal fələstinlilər əldəqayırma partlayıcı qurğunu işə salıblar. Nəticədə 46 yaşlı israilli və onun 19 yaşlı oğlu yaralanıb, 16 yaşlı qızı isə həlak olub. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...